Qadın “ölüm pulu”nu almaq üçün əsgərlə evləndi: Nikah saxta çıxdı
Bizi izləyin

Hadisə

Qadın “ölüm pulu”nu almaq üçün əsgərlə evləndi: Nikah saxta çıxdı

Rusiyanın Ulyanovsk vilayətinin qadın sakini ödəniş almaq üçün Ukrayna ilə müharibədə iştirak edən 60 yaşlı əsgərlə qondarma nikah bağlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Ostorozhno, Novosti” "Telegram" kanalı məlumat yayıb.

Vəkil Maksim Qrebenyuk bildirib ki, Rusiya vətəndaşı könüllü olaraq 2024-cü ilin dekabrında Ukraynadakı döyüşlərə qatılıb, 2025-ci ilin mayında isə ölümcül yaralanıb.

Müharibədə həlak olan şəxsin oğlu ölüm pulu üçün Çamzinka kəndinin rəhbərliyi ilə əlaqə saxladıqda ona bildirilib ki, atası cəbhəyə getməzdən əvvəl 38 yaşlı qadınla evlənib və pul ona çatmalıdır.

Oğul atasının bu barədə heç kimə demədiyini və evləndiyi qadınla əvvəllər görüşmədiyini iddia edib. Vəkilin sözlərinə görə, dünyasını dəyişən əsgər və həyat yoldaşı heç vaxt bir yerdə yaşamayıb. Qrebenyuk hesab edir ki, nikah şəhadətnaməsi saxta ola bilər, çünki həmin şəxs qeydiyyat zamanı Ukraynada olub.

Sentyabrda kişinin dəfn mərasimi baş tutub və onun həyat yoldaşı orda iştirak etməyib. Lakin qadın bir gün sonra dul qadın kimi ona ödənilməli olan ödənişləri almaq üçün hərbi komissarlığa müraciət edib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm