Sosial
Qaz tarifləri ilə bağlı YENİLİK: Qərar bu tarixdən qüvvəyə minəcək

Azərbaycanda qazdan istifadə üzrə sabit tarif mexanizmi tətbiq ediləcək. Bu barədə dəyişikliklər Milli Məclisdə qəbul olunan “Qaz təchizatı haqqında” qanunda öz əksini tapıb. Qanuna əsasən, qaz şəbəkəsinə qoşulmuş bütün sayğaclar üçün istehlakçılardan hər ay 1 manat məbləğində sabit ödəniş tutulacaq. Bu ödəniş qazdan istifadə edilməsindən asılı olmayaraq həyata keçirilməlidir. Qaydanın rəsmi olaraq 2026-cı ilin 1 yanvarından qüvvəyə minəcəyi nəzərdə tutulur.
Publika.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli News24.az-a bildirib ki, 2026-cı il ərzində əsasən texniki baza hazırlanacaq və sabit tarif mexanizmi faktiki olaraq 2027-ci ildən tətbiq olunacaq.
O qeyd edib ki, qaz və ya elektrik enerjisindən istifadə etməsən belə, qoşulma haqqı və texniki xidmətlərin göstərilməsi üçün hər ay müəyyən məbləğ tutulacaq.
Natiq Cəfərli qeyd edib ki, qaz və digər kommunal ödənişlərin tariflərində dəyişikliklər gözlənilir:
"Hazırda bu məbləğin 1 manat olacağı bildirilir, lakin gələcəkdə artım ehtimalı var. Sabit tarif qaz infrastrukturunun saxlanması, texniki xidmətlərin göstərilməsi və şəbəkənin dayanıqlı fəaliyyətini təmin etmək üçün nəzərdə tutulub. Qaz sayğaclarının işlək vəziyyətdə saxlanması, boru xətlərinin yoxlanılması və digər xidmətlərin maliyyələşdirilməsi məhz bu sabit ödəniş hesabına qarşılanacaq. Artımlara gəldikdə isə çox güman ki, qaz və digər kommunal ödənişlərdə tarif dəyişiklikləri olacaq. Çünki biz bunu ildən ilə müşahidə edirik".
-
Nəqliyyat18:30
Bakıda 21 yolda tıxac yarandı - SİYAHI
-
İdman16:58
Parisdə bətnində, Xankəndidə yanında: Bütün dünyanın danışdığı Yaylagül yenə gündəmdə - FOTOLAR
-
Sosial15:22
Azərbaycanda görünməmiş hadisə: Xanım sevgilisinə evlilik təklif etdi - VİDEO
-
Hadisə13:54
Məmurun evindən 340 min manat oğurlandı - Oğlunun sevgilisi həbs edildi
-
Dünya12:54
Naxçıvandan qayıdan İlbər Ortaylının halı pisləşdi: Xəstəxanaya yerləşdirildi - FOTO
-
İdman12:24
Türkiyə futbolunun əfsanəsi: Qurban olum Qurban hocaya - VİDEO
-
MDB12:06
İbrahim Süleymanov Rusiyada həbs edildi: Sirli milyarder nədə ittiham olunur?
-
Dünya11:12
Trampın qorxusu: 2026-cı ildə sağ qalmaq istəyirəm