Gəncədə məktəbli oğlan qətlə yetirildi
Bizi izləyin

Hadisə

Gəncədə məktəbli oğlan qətlə yetirildi

Gəncədə 16 yaşlı yeniyetmə qətlə yetirilib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Mahrasa bağı yaşayış massivində, 15 saylı uşaq bağçasının yaxınlığında baş verib.

İlkin versiyaya görə, iki yeniyetmə arasında mübahisə zamanı 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Hadisəni törədənin müəyyən edilməsi və saxlanılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Gəncə Şəhər Prokurorkuğunda araşdırma başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm