Sosial
Bu rayonda heyvan bazarında nöqsanlar aşkarlandı - Foto
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Biləsuvar rayonunun Əliabad kəndində yerləşən heyvan bazarında monitorinq aparılıb.
Publika.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, nəzarət tədbiri zamanı bəzi nöqsanlar aşkarlanıb. Belə ki, bazarda dezobaryerlər quraşdırılmayıb, heyvan yemlərinin saxlanması üçün zəruri şərait yaradılmayıb, eləcə də xəstə və sağlam heyvanların ayrılması üçün xüsusi izolyatorlar təşkil edilməyib. Aşkar olunan nöqsanlarla bağlı sahibkara icrası məcburi göstərişlər verilib.
AQTA bildirib ki, epizootik sabitliyin qorunması və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq və bu müddət ərzində bazar ərazilərində sağlamlaşdırma işləri aparılacaq. Heyvan bazarlarının fəaliyyəti yalnız tələb olunan infrastruktur tamamlandıqdan və baytarlıq-sanitariya tələblərinə uyğun şərait yaradıldıqdan sonra bərpa ediləcək.
-
Art05:15Bu əsər rekord qiymətə satıldı - FOTO
-
Qoroskop00:35Günün ulduz falı: kiçik sürprizlər sizi təəccübləndirəcək
-
Magazin124 Oktyabr 22:58Şahnaz Haşımova xəstəxanaya yerləşdirildi
-
Hadisə24 Oktyabr 20:48Erkən nikahın qarşısı alındı - Neftçalada
-
Nida Xəbər 24 Oktyabr 19:00Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?
-
Rəsmi xronika24 Oktyabr 17:24Prezident generalı vəzifəsindən azad etdi - FOTO
-
Nida Xəbər 24 Oktyabr 17:07“Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək...” - Sirlər açılır
-
Dünya24 Oktyabr 15:40Şimali Kiprdə yeni prezident and içdi: Tufan Erhürman kimdir?















.jpg)
.jpg)

.jpg)





.webp)












