Yaxın Şərq
İsrail təşvişdə: Bütün planlar alt-üst oldu, Türkiyə bölgədə görün nə edir
İsrailin “Davar” qəzeti Türkiyənin Qəzza məsələsindəki rolunun Təl-Əvivdə ciddi narahatlıq yaratdığını yazıb. Nəşr qeyd edib ki, Ankara artıq regionda diplomatik deyil, hərbi və strateji güc kimi qəbul edilir.
Publika.az xəbər verir ki, nəşrə danışan Tel-Əviv Universitetinin Türkiyə üzrə eksperti Hay Eytan Cohen Yanarocak, Türkiyənin Qəzzaya hərbi müdaxilə ehtimalının İsrail üçün “qırmızı xətt” olduğunu bildirib:
“Türkiyə ordusunun Qəzzaya girişi İsrailin təhlükəsizliyi üçün ən böyük risk sayılacaq və bütün planları alt-üst edə bilər”.

Ekspertin sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan yalnız Fələstin məsələsində deyil, bütün müsəlman coğrafiyasında öncül lider kimi çıxış edir: “Türkiyə bölgədə nüfuzunu artırmaq, geniş coğrafiyada təsir sahibi olmaq istəyir. İsrail isə bu hədəfin qarşısında əsas maneə kimi görünür”.
Yanarocak qeyd edib ki, Türkiyənin Suriyada hərbi varlığı, Kiprdəki fəaliyyəti və Şərqi Aralıq dənizində dəniz gücü ilə İsraili “yavaş-yavaş mühasirəyə aldığı” düşünülür.

O əlavə edib ki, Türkiyə Qəzzada humanitar təşkilatlar vasitəsilə təsirini artırır və bu, iki ölkə arasında yeni gərginliyin yaranmasını qaçılmaz edir. İsrailli mütəxəssis xəbərdarlıq edib ki, Türkiyənin Qəzzaya beynəlxalq barış qüvvəsi çərçivəsində hərbçi göndərməsi “birbaşa təhlükə” kimi qiymətləndirilməlidir:
“Türk ordusunun Qəzzaya girməsinə icazə verilməməlidir. Bu, iki ölkə arasında yeni böhranı alovlandıra bilər”.
“Davar” qəzetinin analizinə əsasən, Ankara son aylarda Qəzza diplomatiyasında fəal rol oynayır və bu, İsraildə “Türkiyənin artıq geri dönülməz şəkildə sahədə olduğu” fikrini gücləndirib.
Akqabay
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi







.jpg)


























.jpg)


