İdman
Dünya rekordçusu 3 illik diskvalifikasiya edildi
Qadınlar arasında marafon üzrə dünya rekordu sahibi Rut Çepngetiç dopinq qaydalarını pozduğunu etiraf etdikdən sonra 3 il müddətinə diskvalifikasiya olunub.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Keniyalı atlet iyul ayında müvəqqəti olaraq yarışlardan uzaqlaşdırılmışdı. Onun 14 martda verdiyi analizdə qadağan olunmuş maddə – hidroxlortiazid (diuretik və maskalama vasitəsi kimi istifadə olunan preparat) aşkarlanmışdı.
Buna baxmayaraq, Çepngetiçin bu testdən əvvəlki nailiyyətləri, o cümlədən 2024-cü ilin oktyabrında Çikaqoda 2 saat 9 dəqiqə 56 saniyəlik nəticə ilə vurduğu dünya rekordu qüvvədə qalacaq.
Atletikada Dürüstlük İdarəsi (AIU) əvvəlcə idmançının dörd il diskvalifikasiya olunmasını tələb etsə də, 31 yaşlı keniyalının pozuntunu etiraf etməsi səbəbindən cəza 3 ilə endirilib.
AIU eyni zamanda idmançının telefonundan əldə edilən məlumatları da araşdırır. Qurumun fikrincə, bu sübutlar onun dopinqdən “qəsdən istifadə etdiyinə dair əsaslı şübhə” yaradır. Mesajların bəziləri 2022-ci ilə aiddir.
Bundan əlavə, 28 fevralda götürülən nümunədə də hidroxlortiazidin az miqdarda izlərinə rast gəlinib.
-
Qoroskop00:35Günün ulduz falı: kiçik sürprizlər sizi təəccübləndirəcək
-
Magazin124 Oktyabr 22:58Şahnaz Haşımova xəstəxanaya yerləşdirildi
-
Hadisə24 Oktyabr 20:48Erkən nikahın qarşısı alındı - Neftçalada
-
Nida Xəbər 24 Oktyabr 19:00Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?
-
Rəsmi xronika24 Oktyabr 17:24Prezident generalı vəzifəsindən azad etdi - FOTO
-
Nida Xəbər 24 Oktyabr 17:07“Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək...” - Sirlər açılır
-
Dünya24 Oktyabr 15:40Şimali Kiprdə yeni prezident and içdi: Tufan Erhürman kimdir?
-
Magazin124 Oktyabr 13:57"Tamaşaçı da elə bilir ibadət edirəm” - Alim Qasımov













.jpg)
.jpg)

.jpg)




.webp)












