Kriptovalyuta birjasının qurucusu vanna otağında ölü tapıldı
Bizi izləyin

Hadisə

Kriptovalyuta birjasının qurucusu vanna otağında ölü tapıldı

Türkiyədə "Thoedex" kriptovalyuta birjasını quraraq, minlərlə sərmayədara qarşı dələduzluq etmək iddiası ilə saxlanılan Faruk Fatih Özer həbsxanadakı kamerasında ölü halda tapılıb.

Publika.az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.

Bildirilir ki, Özer hüquq-mühafizə orqanlarından uzun müddət gizlənsə də, 2022-ci il avqustun 30-da Albaniyada saxlanılaraq Türkiyəyə ekstradisiya edilib.

O, "cinayətkar təşkilat qurmaq, idarə etmək, üzv olmaq", "külli miqdarda fırıldaqçılıq" və "çirkli pulların yuyulması" maddələri ilə ittiham olunub və ona 11 min 190 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edilir ki, o bu gün səhər saatlarında həbsxanadakı birnəfərlik kameradakı hamamda ölü vəziyyətdə aşkarlanıb.

Fakt üzrə təhqiqat başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm