Hadisə
Əri hamilə qadının üzünü ülgüclə kəsib... - Onu heç bir estetik-cərrah qəbul etmir
Bakıda qeyri-rəsmi münasibətdə yaşadığı hamilə arvadının üzünü ülgüclə kəsən, atasına isə xəsarət yetirən 1983-cü il təvəllüdlü Camal Məmmədovun (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrum edilib.
Camalın həbsinə səbəb olan hadisə bu ilin yanvarında Bakının Xətai rayonu ərazisində kirayə yaşadığı evdə baş verib.
Belə ki, o, atası Nadir Məmmədovla xanımı Nigar Məmmədovanın münasibətindən şübhələndiyi üçün əvvəlcə qadının üz nahiyəsini ülgüclə kəsib. Camal daha sonra onları ayırmağa gələn atasına qazan qapağı ilə xəsarətlər yetirib.
Məhkəmədə həm qadın, həm də Camalın atası hadisəyə səbəb kimi göstərilən iddiaları təkzib edib. Hər iki zərərçəkən Camalın narkotikdən əziyyət çəkdiyini, buna görə əvvəllər üç dəfə məhkumluq həyatı yaşadığını bildirib.
Bundan başqa Nigar Məmmədova bildirib ki, Camalın üzünə yetirdiyi xəsarətlərin nəticələrini aradan qaldırmaq üçün çoxsaylı estetik cərrah həkimlərinə müraciət etsə də, heç bir həkim-mütəxəssis ona üzündəki izlərin estetik-cərrahi müdaxilə ilə əvvəlki halına qayıdacağını bildirməyib.
Nigar onu da bildirib ki, hadisədən iki gün sonra evdə hamiləliyi pozulmaqla bətnindəki döl tələf olub.
Məhkəmədə Nigarın üzündəki kəsiklərlə bağlı ekspertizanın da rəyi səsləndirilib. Bildirilib ki, onun üz nahiyəsində olan çapıqlar hazırda sifətdə asimmetriya və mimika pozğunluğu yaratdığından silinməz hesab edilməsinə baxmayaraq, həmin xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir.
-
Ekologiya10:40Qaxa qar yağdı
-
MDB10:11Rusiya ərazisi vuruldu, ölənlər var
-
Sosial09:40Azərbaycanlıların yeni daşınmaz əmlak bazarı: Görün hansı ölkədə ev alırlar
-
MDB09:30Paytaxt üçün güclü şaxta proqnozu verdilər...
-
Sosial08:15Yas mərasimlərində yeni TREND - "Bu, dinin qaydalarından kənara çıxmaqdır"
-
İdman07:15Nəriman Axundzadə kimin nəvəsidir? - Qiyməti və maaşı...
-
Magazin205:15Hande Erçelin yeni sevgilisi - Özündən 13 yaş böyükdür
-
ABŞ03:44Dünyanın ən nüfuzlu insanlarının əsl üzünü göstərən 95 min yeni şəkil... - Epşteyn işi



































