Hadisə
“Ev cəhənnəmə yansın, yoldaşımla nəvəmi son anda çıxarıblar” - VİDEO
Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən yaşayış binasında baş verən yanğın zamanı zərərçəkənlərin yaxınları hadisənin təfərrüatını danışıblar.
Publika.az xəbər verir ki, nəvəsi və yoldaşı alovların içindən xilas edilən sakin FHN əməkdaşlarının fədakarlığını belə nəql edib:
"Mənim 70 yaşlı yoldaşımla, 7 yaşlı nəvəmi Fövqəladə Hallar Nazirliyinin işçiləri son anda, ölüm ayağında, hətta öz maskalarını çıxarıb onlara verərək xilas etdilər. Onlara halal olsun. Mən hadisə vaxtı burada deyildim. İlkin yardımdan sonra evə gətiriləndən sonra xəbərim oldu.
Son anda qoca qadını qolundan tutub, balaca uşağı isə qucaqlarına alıb aşağı endirdilər. Mən inana bilmirəm ki, bizim belə gənclərimiz var. Vallah, fəxr edilməlidir. Ev cəhənnəmə yansın, amma o iki nəfəri ölüm ayağında son anda xilas etdilər. Onlar beşinci mərtəbədə tək qalmışdılar, hamı aşağı düşmüşdü. Yerdə qışqırıb deyirdilər ki, 3-4 dəqiqəyə fövqəladə hallar işçiləri gəlirlər, bir az da dayanın. Gələn kimi o tüstü-dumana baxmayaraq, onları çıxarıb ölümdən xilas etdilər. Mən ömrüm boyu FHN əməkdaşlarına minnətdar olacağam".
-
Art21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika20:24Prezident Fərman imzaladı
-
Hadisə20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu
-
Sosial14:50MÜTDA-dan “Son Zəng”lə bağlı müraciət - "Qadağandır"










.jpg)
























