Hadisə
Siçovullar xəstəxanaya hücum etdi: Xəstələr çarəsiz qaldı - FOTO/VİDEO
Hindistanın Uttar Pradeş ştatında siçovullar xəstəxana palatasına doluşaraq xəstələrin başı üzərindən keçib.
Publika.az xəbər verir ki, hadisənin videosu “Need To Know” portalı tərəfindən yayımlanıb.
Məlumata görə, hadisə yanvarın 14-də Qonda şəhərində yerləşən Hökumət Tibb Kollecinin klinikasında baş verib. Kadrlarda gəmiricilərin palatanın tavanındakı borular vasitəsilə çarpayıların üzərindən hərəkət etdiyi, daha sonra isə ərzaq saxlanan hissəyə girmək üçün masanın üstünə dırmaşdığı görünür.
Şahidlərin sözlərinə görə, müdaxilə edə bilməyən xəstələr siçovulların şöbədə sərbəst şəkildə hərəkətini izləmək məcburiyyətində qalıblar.
Video sosial şəbəkələrdə yayıldıqdan sonra aidiyyəti qurumlar klinika rəhbərliyini sərt tənqid edib və dərhal tədbir görülməsini tələb ediblər. Bildirilib ki, siçovulların aşkarlandığı şöbəyə zəhər qoyulub.
Həkimlərdən biri bildirib ki, gəmiricilər xəstələrə qohumları tərəfindən gətirilən yeməklərin qoxusuna toplaşıblar.
Hazırda tibb müəssisəsində hadisə ilə bağlı araşdırma aparılır.
Adəm

-
Dünya22:36Süd Yolunun itirilmiş kütləsi görün harada gizlənib...
-
Sosial22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin121:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi
-
Sosial16:49Əli Əsədov qərar imzaladı
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır






.jpg)





























