İdman
Revanş üçün həyat yoldaşından icazə aldı
Ulduz ağırçəkili boksçu Derek Çisora peşəkar karyerasını davam etdirmək qərarı verib.
Publika.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Britaniyalı boksçu bildirib ki, “Bürünc bombardmançı” ləqəbli Uaylderlə revanş keçirməyi planlaşdırır və məhz bu qarşılaşma onun peşəkar rinqdə son döyüşü olacaq.
“Revanş üzərində işləyirəm. Həyat yoldaşım mənə yaşıl işıq yandırdı, ona görə də revanşa çıxacağam. Hələ bunu tam təsdiqləməmişəm. Qarşıda bir neçə görüşüm var, görək hər şey necə gedəcək.
Uaylder də maraqlıdır, çünki o da nəticədən narazıdır. Bəli, ola bilsin ki, qalib gəlib, amma məyus qalıb. Buna görə təkrar döyüş keçirəcəyik. Bundan sonra isə hər şey bitəcək. Bu ilin sonunda karyeramı başa vuracağam”, – deyə Çisora bildirib.
Onların ilk qarşılaşması 4 apreldə baş tutmuşdu. Həmin döyüşdə Deontey Uaylder hakimlərin bölünmüş qərarı ilə qalib gəlmişdi. Derek Çisora həmin döyüşdən sonra əlcəklərini mismardan asacağını açıqlamışdı.
-
Magazin221:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
-
Dünya17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR




































