Hadisə
Yasamalda əməliyyat: 20 kq marixuana aşkarlandı
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatları davam etdirir.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Növbəti tədbir zamanı əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 24 yaşlı Əliağa Novruzzadə saxlanılıb. Onun üzərindən və yaşadığı evdən çoxsaylı bükümdə ümumi çəkisi 20 kiloqram 486 qram tərkibinə zərərli maddələr əlavə olunmuş marixuana və narkotiklərin satışında istifadə edilən elektron tərəzi aşkarlanıb.
Ə.Novruzzadə narkotikləri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının göstərişi ilə əldə etdiyini bildirib. O, bükümlərə ayırdığı narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə foto və video çəkilişlər vasitəsilə iranlı narkotacirə məlumat verib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
-
MDB20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi
-
Sosial16:49Əli Əsədov qərar imzaladı
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR




































