Hadisə
Şərurlu İsfəndiyarın restoranında dava düşdü - Tanınmış tiktoker döyüldü
Binəqədi rayonu Azadlıq prospektində yerləşən “Hollywood” restoranında kütləvi dava olub.
Publika.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə yanvarın 18-də şou-biznes nümayəndələrinə yaxınlığı ilə tanınan prodüser Kənan Məmmədovun ad günü məclisində qeydə alınıb.
Məclisdə iştirak edən Adel adlı tiktoker naməlum şəxslər tərəfindən döyülərək xəsarət alıb. Bildirilir ki, tiktokeri döyənlər adı müxtəlif qalmaqallarda hallanan və barəsində Binəqədi Rayon Polis İdarəsi tərəfindən bir neçə dəfə restoranlarda baş verən dava-dalaşlarla əlaqədar tədbir görülmüş iş adamı Bilal Əlizadə və onun yaxın çevrəsi olub.
Bilal Əlizadə “Star Baku”, “Burju Baku”, “Show Baku”, “Badra Baku”, “Tempo Club” restoranlar şəbəkəsinin rəhbəri kimi tanınır.
Məlumata görə, insident mübahisə zəminində baş verib. Belə ki, Bilal Əlizadə məclisdə iştirak edən qadınlardan birinə yaxınlaşaraq ona qızıl hədiyyə təqdim edib. Bundan sonra tiktoker Adel ona yaxınlaşaraq mübahisə edib. Bu zaman dava düşüb. Bilal Əlizadənin masasında əyləşən bloqer Ümid Kərimbəyli və Rəşad adlı şəxs Adelə fiziki zorakılıq tətbiq edərək ona xəsarət yetiriblər.
Məşhur iş adamı Şərurlu İsfəndiyara məxsus olan restoranın rəhbərliyi tərəfindən hadisə yerinə polis əməkdaşları çağırılıb.
DİN Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, paytaxtın Binəqədi rayonunda yerləşən restoranların birində insident baş verməsi ilə bağlı polisə müraciət daxil olub. Müraciət əsasında təhqiqat araşdırmalarına başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi tədbir görüləcək.
Fotoda tiktoker Adel (Nurəddin Babayev)

Fotoda Bilal Əlizadə

Fotoda Kənan Məmmədov

-
Qoroskop02:00Günün ulduz falı: sevgi xırda detallarda gizlənəcək
-
İdman01:20Messi ilə bağlı planı açıqladı: Seçkidə qalib gəlsə…
-
Hadisə00:55Keçmiş axundun oğlu qəza törətdi: Ölən və yaralananlar var - Foto
-
Nəqliyyat00:35Aeroport yolu bağlandı
-
Ekologiya13 Fevral 23:35Fevralda 20 dərəcə isti - Bahar havası neçə gün davam edəcək?
-
Ekopublika.az13 Fevral 22:20"Sea Breeze"də 500 min kv.m yer alan biznesmen kimdir?
-
Dünya13 Fevral 21:52ABŞ İrana görün nə göndərib: minlərlə ədəd... - Məqsəd nə olub?
-
Sosial13 Fevral 21:13Müjdə verildi: Hər kəs şəhərdən kəndə axın edəcək











.jpg)


















.jpg)





