Hadisə
Paytaxtda bir gündə 2 qəza: İşıqforlara zərər dəydi - VİDEO
Ötən gün axşam saatlarında Xətai rayonu, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, minik avtomobillərindən biri işıqforun qırmızı işığında keçərək əvvəlcə hərəkətdə olan nəqliyyat vasitəsinə, sonra isə işıqfora çırpılıb.
Sürücü və sərnişinin xəsarət alması ilə nəticələnən hadisə zamanı 1 ədəd nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb. NİİM əməkdaşları tərəfindən işıqforların bərpa olunması istiqamətində dərhal işlərə başlanılıb.
Qeyd edək ki, bu qəza həm mərkəz, həm də Zığ şosesi istiqamətində nəqliyyat sıxlığının yaranmasına səbəb olub.
Digər bir qəza isə bu gün günorta saatlarında Nərimanov rayonu, Həsənoğlu ilə Təbriz küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində 1 ədəd piyada işıqforuna zərər dəyib.
-
MDB20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi
-
Sosial16:49Əli Əsədov qərar imzaladı
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR




































