Hadisə
Məşhur iş adamının öldüyü təsdiqləndi: Kiprdə tapılan cəsəd Moskvaya aparılacaq
"Uralkali" şirkətinin keçmiş baş direktoru Vladislav Baumqertnerin cəsədi Kiprdə tapılıb və DNT testi vasitəsilə şəxsiyyəti müəyyən edilib.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, iş adamı yanvarın əvvəlində yoxa çıxıb. Daha sonra mediada onun cəsədinin Limasol yaxınlığında, Britaniya bazasının ərazisində tapıldığı bildirilib. Polis o vaxtdan bəri onun şəxsiyyətini müəyyən etmək üçün çalışır.
"Ölüm səbəbi barədə heç bir məlumatımız yoxdur. Bu o deməkdir ki, səbəb hələ müəyyən edilməyib", - deyə polis bildirib.
Bundan başqa, "RİA Novosti" agentliyinin rusiyalı iş adamı Aleksey Dozortsevin dostuna istinadən verdiyi məlumata görə, Baumqertnerin cənazəsi Kiprdən Moskvaya aparılacaq. Dəfn mərasimi Rusiyanın paytaxtında keçiriləcək.
Xatırladaq ki, Dozortsev bundan əvvəl Baumqertnerin ölümünün əsas versiyasının qəza olduğunu deyib.
Adəm
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
-
Sosial07:35Pensiya və sosial müavinətlərlə bağlı yenilik
-
İdman06:46Anası ən çox sevdiyi oyunçunun adını açıqladı, Yamal şoka düşdü - Foto
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq








.jpg)





























