Hadisə
Məktəbdə yanğın: Şagird və müəllimlər təxliyə edildi - Foto
Masallıda orta məktəb binasında yanğın olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Xırmandallı kəndində baş verib.
Xırmandallı kənd orta məktəbinin inzibati binasında başlayan yanğın sürətlə yayılmağa başlayıb, dərhal bütün şagirdlər məktəbdən təxliyə olunub.
Hadisə yerinə Masallı Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun yayılmasının qarşısı alınsa da, bir neçə otaq yanğından ciddi zərər görüb.
Şahidlərin sözlərinə görə, yanğın direktorun otağından başlayıb. İlkin versiyaya əsasən, yanğına səbəb elektrik qısaqapanması olub. Məktəbdə istilik sistemi olmadığından, şagird və müəllimlər əsasən elektrik sobasından istifadə edirlər və yanğının məhz bu səbəbdən baş verdiyi güman edilir.
Faktla bağlı araşdırma aparılır.
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
-
Sosial07:35Pensiya və sosial müavinətlərlə bağlı yenilik
-
İdman06:46Anası ən çox sevdiyi oyunçunun adını açıqladı, Yamal şoka düşdü - Foto
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq










.jpg)





























