Hadisə
İsmayıllıda dəhşətli qəza - Ər-arvad öldü
İsmayıllı rayonundakı ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub.
Publika.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında İsmayıllı rayonu ərazisində qeydə alınıb.
"Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə VAZ-21011, daha sonra isə "Ford" markalı mikroavtobusa çırpılıb. Nəticədə VAZ-ın sürücüsü, 33 yaşlı Ümüd Vəliyev və sərnişini 23 yaşlı Nərmin Vəliyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Hadisə nəticəsində həlak olanlar ər-arvad olublar.
Qeyd edək ki, digər nəqliyyat vasitələrinin sürücüləri də daxil olmaqla altı nəfər xəstəxanaya müraciət edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Publika.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər
-
Hadisə13:21Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
Sosial12:46Sabah yağış yağacaq
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub






































