Dünya
Lavrov Rubioya Trampla bağlı nə verib?
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın 2025-ci ildə Alyaskada keçirilən sammitdə Ukrayna münaqişəsinin həlli ilə bağlı sitatlarının toplusunu ABŞ dövlət katibi Marko Rubioya təhvil verdiyini açıqlayıb.
Publika.az Lenta.ru-ya istinadla xəbər verir ki, Lavrovun sözlərinə görə, bu, Trampın sammit günü, yekun mətbuat konfransından sonra və Vaşinqtona qayıtdıqdan sonrakı günlərdə verdiyi açıqlamalara aiddir.
Nazir jurnalistlərə bildirib:
"Prezident Trampın Alyaskadakı çıxışlarından sitatları dünən Marko Rubioya çatdırdım. O, Ankoric müqavilələri barədə həvəslə danışaraq, praktik olaraq hər şeyi həll etdiyimizi söylədi. Bir məsələ qalmış ola bilər, amma təməl artıq qoyulub".
Lavrov qeyd edib ki, Rusiya tərəfi də eyni yanaşmaya sadiqdir. O bildirib ki, ABŞ tərəfindən irəli sürülən və Trampın təsdiqi ilə əvvəlcədən Moskvaya çatdırılan təkliflər hərbi əməliyyatlara son qoymaq və siyasi həll yolu ilə bağlı danışıqlara keçmək üçün əsas ola bilərdi, baxmayaraq ki, bir çox detallar hələ də dəqiqləşdirilməli idi.
Müəllif: Tural
-
Nida Xəbər 14:38Özbəkistan-Azərbaycan münasibətləri əbədi dostluq səviyyəsinə qalxır - Hikmət Hacıyev
-
MDB14:12Səidə Davletova: Azərbaycan ilə Özbəkistan arasında münasibətlər rəsmi çərçivələrə sığmır
-
Ekologiya12:53Sabahın hava proqnozu açıqlandı
-
MDB12:28Özbək deputat: Azərbaycanla müttəfiqlik yalnız dövlət institutları səviyyəsində deyil
-
Hadisə11:26Azərbaycan media heyəti Daşkənddədir - VİDEO
-
Magazin110:52Xuraman Şuşalı ərindan yazdı: "Arada yüngülcə özü də vururdu" - FOTO
-
Hadisə10:50Jurnalistlər Daşkəndə yola düşür - VİDEO
-
Qoroskop09:00Avqustun sonunda 3 bürcü sınaq gözləyir





















.webp)











