Nida Xəbər
Nazir Anar Əliyev Zəngilanda vətəndaşları qəbul etdi
Ağalı kəndində özünüməşğulluq proqramı üzrə qurulmuş məişət xidməti obyektinə baxış keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayb.
Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Zəngilan rayonunda Zəngilan və Cəbrayıl rayonlarının sakinlərini qəbul edib.
"Qəbuldan əvvəl Anar Əliyev Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb.
Qəbul zamanı vətəndaşlar məşğulluq, ünvanlı sosial yardım, birdəfəlik müavinət və s. məsələlərlə bağlı müraciət ediblər. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Sonra Zəngilan rayonunun Ağalı kəndində yerləşən "Smart DOST" məntəqəsinə baxış keçirilib, vətəndaşlara göstərilən xidmətlərin təşkili ilə tanışlıq olub. Burada vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə 130-dan çox xidmət çevik, şəffaf və innovativ yanaşma ilə təqdim edilir.
Özünüməşğulluq proqramı çərçivəsində Ağalı kənd sakinləri Məmmədov Anar Qədir oğlu, Abdullayev Bəxtiyar Yusif oğlu və Məmmədov Elnur Taleh oğlu üçün qurulmuş bərbər salonuna baxış da keçirilib.
Özünüməşğulluq proqramının dəstəyi ilə hər üç sakin üçün kişi bərbərxanası istiqaməti üzrə aktivlər verilib. Proqram iştirakçıları işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması üçün göstərilən dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Ötən dövrdə Zəngilan rayonunda 714 nəfərin məğulluğu təmin olunub, o cümlədən özünüməşğulluq proqramı çərçivəsində 47 şəxs üçün kiçik ailə təsərrüfatları qurulub", - məlumatda qeyd olunub.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə29 Oktyabr 20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial29 Oktyabr 20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər






































.jpg)
.jpg)