Hadisə
Yemək üstündə mübahisə: ər arvadını döydü - Təfərrüat
Astara rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. 1972-ci il təvəllüdlü Telman birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı həyat yoldaşı Zeynəbin (adlar şərti verilib – red.) sol göz nahiyəsinə yumruqla bir dəfə, şillə yumruq və təpiklə isə bədənin müxtəlif nahiyəsinə bir neçə dəfə vurub.
Telmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən zərərçəkmiş Zeynəbin sözlərinə görə, Telman ilə ailə həyatı qurduqdan sonra Astara rayonun kəndində onunla və övladları ilə yaşayıb: “Məlum hadisə günü saat 21 radələrində yaşadığımız evdə olarkən ərim bişirdiyim yeməkdən yeyib, spirtli içki də qəbul etdi. Ərim ilə aramızda olan söhbət zamanı həyətimizdəki inəklərdən birini satıb, işləmək üçün Bakı şəhərinə getmək istədiyini dedi. Mən də ona cavab verdim ki, mənim üçün inək almamısan, həyətdəki inəyi sata bilmərsən. Bu səbəbdən də aramızda baş verən mübahisə zamanı ərim üzərimə gəldi. O, sol göz nahiyəmə yumruqla bir dəfə, şillə yumruq və təpiklə isə bədənimin müxtəlif nahiyəsinə bir neçə dəfə vuraraq məni döydü”.
Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərib ki, təqsirləndirilən şəxs ilə barışıb, ona dəymiş ziyan ödənilib. O, təqsirləndirilən şəxsin barəsində olanm cinayət işinə xitam verilməsini xahiş edib.
Təqsirləndirilən Telman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində həyat yoldaşından baş verən hadisəyə görə üzr istəyib, onunla barışdığını deyib.
Astara Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını nəzərə alınaraq onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
-
Dünya00:23Hava zərbələri bir həftə davam edə bilər... - SEPAH nə planlayır?
-
Dünya00:05İran İsrailə hava zərbələri endirdi
-
Cənubi Qafqaz7 İyun 21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri
-
Dünya7 İyun 19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
-
Hadisə7 İyun 18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial7 İyun 17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO
-
Magazin27 İyun 17:06Aleyna Solaker Berkə ərə gedir
-
Digər7 İyun 16:03Əfqanıstanda çadra əvəzinə hicab geyinənlərə qarşı reyd keçirildi



































