Hadisə
Naxçıvanda restoran yandı - Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində yerləşən restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sahəsi 420kv.m. olan restoranın çardaq hissəsində baş vermiş yanğın genişlənməsinə, həmçinin restoranın ərazisinə və bitişik yerləşən yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində restoranın çardaq hissəsi 20kv.m. sahədə yanıb. Restoranın işçi heyəti və müştərilər təxliyə edilib. Xəsarət alan olmayıb.
Restoran və bitişik yerləşən yaşayış binası yanğından mühafizə olunub.
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?




















.jpg)














