Hadisə
Avtomobildən oğurluq edən şəxs saxlanıldı
Abşeron rayonu Xırdalan şəhəri ərazisində avtomobildən oğurluq edilib.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, zərərçəkən polisə müraciət edərək ona məxsus “Mercedes” markalı maşının içərisindən maqnitofon, geyim və digər dəyərli əşyalarının talandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı R.Borisov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, o, gecə saatlarında parklanma yerində saxlanılan avtomobilin qapısının açıq qalmasını fürsət bilərək talama əməlini həyata keçirib.
Araşdırmalar davam etdirilir.
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar






































