Dünya
ABŞ-İran görüşü bazarlara təsir edəcək: Neft və qızıl üçün yeni PROQNOZ
ABŞ-İran arasında diplomatik təmasların bərpası qlobal bazarlarda neft və qızıl qiymətlərinə təsir edə bilər.
Publika.az xəbər verir ki, bu barədə türkiyəli mütəxəssis Onur Can Bal “Haber7”yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ-İran arasındakı gərginlik son həftələrdə neft qiymətlərinin yüksəlməsinə səbəb olub. Xüsusilə Hörmüz boğazı və Qırmızı dənizdə tankerlərə hücumlar bölgədəki riskləri artırıb.
Neftin qiyməti ötən həftə 100 dolları keçərək 105 dollara qədər yüksəlib, fyuçers bazarında isə 110 dollar səviyyəsi test edilib. Lakin diplomatik danışıqların yenidən gündəmə gəlməsi ilə qiymət təxminən 95 dollara qədər geriləyib.
Bal bildirib ki, ABŞ-İran görüşlərindən müsbət nəticə əldə olunarsa və tankerlərin bölgədə hərəkəti normallaşarsa, neft qiymətlərində eniş sürətlənə bilər. Əksinə, danışıqlar nəticəsiz qalarsa və yeni hücumlar baş verərsə, neftin yenidən 100, 105 və hətta 110 dollara yüksəlməsi mümkündür.
Ekspert yüksək neft qiymətlərinin inflyasiya risklərini artıracağını və mərkəzi bankların sərt pul siyasətini daha uzun müddət davam etdirməsinə səbəb ola biləcəyini qeyd edib.
Balın sözlərinə görə, neft qiymətlərinin mümkün enişi qızıl üçün də dəstəkləyici amil ola bilər. O hesab edir ki, qızıl 4450 dolları keçərsə, 4550 və 4640 dollar səviyyələrinə doğru yüksəliş görə bilər.
Müəllif: Roza
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 16 Oktyabr 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB16 Oktyabr 13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA









.jpg)

.jpg)























