Formula 1
Şarl Lekler: Bakı trasında sürməkdən zövq alıram
“Formula 1-də ən həyəcanlı məqam ən yaxşılarla mübarizə aparmaqdır və Lüis də onların arasındadır. Mənim üçün bu, böyük çağırışdır, amma bundan zövq alıram”.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri “Ferrari” pilotu Şarl Lekler Bakıda keçiriləcək Formula 1 Qran-prisi öncəsi mətbuat konfransında deyib.
O, komanda yoldaşı Lüis Hemiltonla rəqabətindən və Bakı yarışına hazırlıq prosesindən danışıb:
“Hər şeyin həddindən artıq müzakirə olunması və belə mübarizələrdən sonra çıxarılan nəticələrin çox vaxt yanlış olması təbii prosesdir. Vəziyyəti anlamaq üçün sadəcə Lüis ilə danışmaq kifayətdir. Biz bütün həyatımız boyu bunu etmişik.
İkimiz də qalib gəlmək istəyirik və aramızda sağlam rəqabət var. Amma eyni zamanda komanda olaraq “Ferrari”nin üstün olmasını hədəfləyirik. Əsas prioritetimiz budur.
Lüislə mübarizə aparmaqdan zövq alıram və məhz həyəcanverici olan da budur.
Təsnifat mərhələsi yəqin ki, avtomobilin performansı baxımından ən çox çətinlik çəkdiyimiz hissədir. Əgər burada irəliləyiş əldə etsək, yarış üçün ümidlərim artacaq. Amma bunun haqqında düşünməzdən əvvəl hesab edirəm ki, həftəsonuna düzgün şəkildə hazırlaşmalıyıq.
Mərhələdən mərhələyə böyük fərqlər yaranır və bu, əsasən güc qurğusunu nə dərəcədə optimallaşdıra bilməyimizdən asılıdır. Tras şəraiti də burada böyük rol oynayacaq. Ona görə də diqqətimizi məhz buna yönəltməliyik.
Bakı trasında sürməkdən zövq alıram, əsasən şənbə günləri mənim üçün uğurlu keçir. Amma bazar günləri – əsas yarışlar daha çətin olub. Ümid edirəm ki, bu dəfə həmin çətinliyi aradan qaldıra biləcəyik”.
Qeyd edək ki, Formula 1 üzrə Bakı Qran-prisi sentyabrın 24–26-da keçiriləcək.
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki









































