Hadisə
Bərdədə ağır qəza oldu - Ölən və xəsarət alan var
Bərdə rayonunda bir nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az-ın xəbərinə görə, qəza hadisəsi rayonun Mehdixanlı kəndi ərazisində qeydə alınıb.
1993-cü il təvəllüdlü Həsənov Nadir Rəşid oğlu idarə etdiyi "VAZ-2107" markalı, 66-BG-465 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yolun kənarındakı su arxına düşüb.
Baş vermiş qəza zamanı sürücü N.Həsənov ağır xəsarət alıb, avtomobildə olan sərnişin — 1996-cı il təvəllüdlü Həsənova Pəri Mahir qızı isə aldığı xəsarətlərdən həlak olub.
Faktla bağlı araşdırma başlanıb.
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu



















.jpg)



















