Hadisə
Həlak olan azərbaycanlı tələbənin əmisindən ürəkdağlayan sözlər - Video
Ukraynanın Xarkov şəhərinə endirilən hava zərbələri nəticəsində həlak olan azərbaycanlı tələbə Fatimə Hüseynovanın nəşi Azərbaycana yola salınıb.
Publika.az Baku TV-yə istinadən xəbər verir ki, Xarkov Tibb Universitetinin məzunu olan Fatimə Hüseynova əslən Azərbaycanın Kürdəmir rayonundandır.
Xarkovda dünyaya gələn Fatimə 2020-ci ildə doğma şəhərində Tibb Universitetinə qəbul olunmuşdu. Müharibənin əvvəlindən ailəsi ilə birlikdə müvəqqəti Almaniyada yaşayan həmvətənimiz məzun gecəsində iştirak etmək və diplomunu almaq üçün iyunun 26-da Xarkova gəlibmiş.
Fatimə Hüseynovanın əmisi Azər Hüseynov bildirib ki, mərhum fotosessiyaya gedərkən hava hücumu nəticəsində həlak olub:
"Mələk balam rəhmətə getdi. O, çox tərbiyəli və gözəl qəlbli bir qız idi. Ürəyim yanır".
Azərbaycanlı tələbənin faciəli ölümü Ukrayna ictimaiyyətini də sarsıdıb. Məzunu olduğu universitetdə gənc həmvətənimizin xatirəsinə xüsusi guşə yaradılıb.
Qeyd edək ki, Fatimə Hüseynovanın nəşi əmisi Azər Hüseynov və Xarkovdakı Azərbaycan diasporunun nümayəndələrinin müşayiəti ilə Vətənə yola salınıb. O, ata yurdunda - Kürdəmirin Ərəbqubalı kəndində dəfn olunacaq.
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR






.jpg)
























.jpg)
.jpg)