Art
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində şəxsi kolleksiyalardan seçilmiş, 1950-ci illərdən bu günə qədər Azərbaycan incəsənətini əhatə edən "ENQRAM" sərgisi açılıb.
Publika.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva tədbirdə iştirak edib, sərgi ilə tanış olublar.
Aida Mahmudova və Fərəh Ələkbərlinin kuratorluğu ilə hazırlanan sərgi XX əsr Azərbaycan mədəniyyətini formalaşdırmış və bu gün də ölkənin təsviri sənətinə təsirini davam etdirən bədii və mədəni dəyişikliklərin maddi izlərini bir araya gətirib.
"ENQRAM" yaşanmış təcrübənin yaddaşda qorunub saxlanılmasını təmin edən fiziki izdir. Sərgi bu anlayışdan çıxış edərək, rəngkarlığı fərdi qavrayışın və tarixi təcrübənin maddi forma aldığı məkan kimi təqdim edir.
Azərbaycan incəsənətinin keçid mərhələləri formal həllər vasitəsilə üzə çıxır və irsən ötürülən vizual dillərin necə qorunduğunu, sınağa çəkildiyini və transformasiyaya uğradığını göstərir.
Kolleksiya toplamaq da yaddaşın qorunub saxlanması prosesinin bir hissəsidir. Hər kolleksiya şəxsi bağlılıqlar və seçimlər əsasında yaranır, incəsənət nümunələrinin bədii əhəmiyyətinə dair özünəməxsus təsəvvürü əks etdirir. Əsərləri vahid ekspozisiyada cəmləşdirən "ENQRAM" fərdi baxışları dialoq müstəvisinə çıxarır. Sərgi əsərin öz dövrünün yaddaşının daşıyıcısına çevrilməsi və onunla hər qarşılaşmanın bu yaddaşı necə dəyişdirdiyi barədə düşünməyə dəvət edir.
Ekspozisiyada Aida Mahmudova, Altay Sadıqzadə, Əbdül Xalıq, Əşrəf Murad, Cavad Mircavadov, Fərhad Xəlilov, Gennadi Brijatyuk, Hüseyn Haqverdiyev, Kamal Əhməd, Mahmud Rüstəmov, Mahmud Tağıyev, Mikayıl Abdullayev, Müseyib Əmirov, Niyaz Nəcəfov, Qorxmaz Əfəndiyev, Rasim Babayev, Rəşad Babayev, Səttar Bəhlulzadə, Tahir Salahov, Tağı Tağıyev, Tofiq Cavadov, Toğrul Nərimanbəyov və Ucal Haqverdiyevin rəngkarlıq ,qrafika və heykəltəraşlıq əsərləri nümayiş olunur.
Sərgi çərçivəsində AISEL-in "SUBLIMINALS Manifestasiya Təcrübəsi" adlı musiqi performansı təqdim olunub.
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi








.png)
.jpg)
























.jpg)
.jpg)