Hadisə
Bakıda üç nəfər tərəfindən bıçaqlanan qadın danışdı - TƏFƏRRÜAT/YENİLƏNDİ
Bakının Sabunçu rayonunda qadının bıçaqlanması ilə bağlı yeni təfərrüatlar məlum olub.
Hadisə zamanı bıçaq xəsarətləri almış D.Əsgərova Publika.az-a bildirib ki, 7 aydır iki qızı ilə birgə başqa bir ünvanda kirayədə yaşayır.
Onun sözlərinə görə, əri Namiqlə konfliktə səbəb övladlarını məktəbə qoymaması olub:
"Buna etiraz edəndə Namiq məni döyürdü. Ötən gün Xırdalanda mediasiyaya müraciət etdim ki, rəsmi şəkildə ondan ayrılım. Bu ərəfədə ərimin evimizi satdığını, hətta beh aldığını eşitdim. Evə gəlib etiraz edəndə ərim, qayınatam və baldızımın oğlu mənə bıçaqla xəsarətlər yetirdilər".
Ətraflı səsyazısında:
xxx
Bakının Sabunçu rayonunda qadını bıçaqlayan şəxsin kimliyi məlum olub.
Publika.az-ın xəbərinə görə, Sabunçu rayonu ərazisində 1997-ci il təvəllüdlü D.Əsgərovaya kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Qadının əməli törətməkdə şübhəli bilinən 1990-cı il təvəllüdlü əri N.Əsgərov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ilkin məlumatda qadını qayınatasının bıçaqladığı iddia olunurdu.
xxx
Sabunçu rayonunda boşanmaq istəyən gəlin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Publika.az-ın xəbərinə görə, hadisə Qanbay Vəzirov küçəsində baş verib.
1997-ci il təvəllüdlü Əsgərova D. qayınanası və qayınatası ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri alıb. O, ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Yaralının yaxınlarının verdiyi məlumata görə, qadın həyat yoldaşından boşanmaq istəyib. Bu istəyini bilən qayınanası əvvəlcə onu döyüb, qayınatası isə bıçaqlayıb.
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı







.jpg)
























.jpg)

