Hadisə
FHN təhlükəsizlik tələblərinə cavab verməyən liftin istismarını dayandırdı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində fəaliyyət göstərən marketin liftində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyindən insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.
Qeyd edilənlər nəzərə alınaraq, liftlin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün marketin rəhbərliyi qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı, eləcə də sözügedən qurğuların müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə marketin rəhbərliyinin hüquqi məsuliyyət daşıdığı müəssisənin nümayəndəsinə izah olunub.
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı





















.jpg)

.jpg)














