Hadisə
Qayınana-gəlin "ədavəti" bitdi - Pələngin hücumu onları barışdırdı
Hindistanın Uttarakhand ştatında 50 yaşlı qadın pələngin hücumuna məruz qalan 67 yaşlı qayınanasını xilas edib.
Publika.az xəbər verir ki, hadisə Kunkhet kəndi yaxınlığındakı meşədə baş verib. Moxani Devi və qayınanası Basanti Devi mal-qara üçün ot toplamaq məqsədilə meşəyə gediblər. Bu zaman kolluqdan çıxan pələng yaşlı qadına hücum edib.
Moxani Devi özünü itirməyərək əlindəki oraqla vəhşi heyvana zərbə endirib. Gözlənilməz müqavimətlə üzləşən pələng Basanti Devini buraxaraq meşənin dərinliyinə qaçıb.
Ağır xəsarətlər alan 67 yaşlı qadın reanimasiyaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildiriblər.
Zərərçəkənin oğlu Puran Çandra müalicə xərclərinin dövlət tərəfindən ödənilməsini və pələngin tutulması üçün əraziyə tələ quraşdırılmasını tələb edib. Kənd sakinlərinin sözlərinə görə, yırtıcı bazar günü axşamı və bazar ertəsi səhər həmin ərazidə yenidən görünüb.
Pələngin təkrar peyda olması kənddə ciddi narahatlıq yaradıb. Sakinlər dərhal tələ quraşdırılmasa, Ranikhet-Ramnaqar magistral yolunu bağlayacaqlarını bildiriblər. Yerli hakimiyyət isə qəfəsin quraşdırılacağını və ailəyə qanunvericiliyə uyğun bütün lazımi yardımın göstəriləcəyini vəd edib.
Müəllif: Adəm
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı


















.jpg)

.jpg)














