Hadisə
DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Məmmədov, R.Qurbanov, N.Zeynalova, İ.Mayılov, K.Rüstəmov, U.Əliyev, S.Süleymanov, həmçinin İran vətəndaşı S.Esmaeilnaseb saxlanılıblar.
Onlardan 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
-
Kriminal19:10DTX-dən terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat: İki nəfər saxlanıldı - Foto
-
Nida Xəbər 15:28Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR
-
Sosial14:54Sabiq deputatın əmlakları milyonlarla manata satışa çıxarılır
-
İdman14:06Cazibədar basketbolçu soyundu: Ceyms Bondun sevgilisi olmaq istəyir - FOTO
-
Rəsmi xronika13:52Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - YENİLƏNDİ
-
Rəsmi xronika12:36Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
-
Nida Xəbər 11:21Media müsabiqələrində YENİLİK
-
Elm və təhsil10:40Rektor təyin olunan Məleykə Abbaszadədən ilk açıqlama: “Böyük vədlərlə başlamaq istəməzdim”
















.jpg)


.jpg)

















.png)

