Tramp üçün görünməmiş təhlükəsizlik tədbiri - "Qiyamət günü təyyarəsi" havaya qaldırıldı
Bizi izləyin

ABŞ

Tramp üçün görünməmiş təhlükəsizlik tədbiri - "Qiyamət günü təyyarəsi" havaya qaldırıldı

Tramp üçün görünməmiş təhlükəsizlik tədbiri - "Qiyamət günü təyyarəsi" havaya qaldırıldı

“Qiyamət günü təyyarəsi” kimi tanınan Amerikanın "E-4B Nightwatch" hava komanda məntəqəsi Donald Trampın Çinə səfəri və ABŞ-a qayıdışı zamanı prezident kortejini müşayiət edib.

Publika.az xəbər verir ki, bu barədə "The War Zone" (TWZ) portalı məlumat yayıb.

Rusiya, Çin və ABŞ liderlərinin Şençjendə keçirilən tarixi sammitində siyasətçilərlə yanaşı, Amerika prezidentinin misli görünməmiş hava donanması da iştirak edib. "The War Zone" (TWZ) nəşrinin məlumatına görə, Donald Trampın Asiyaya səfəri zamanı ABŞ Hərbi Hava Qüvvələri "Boeing 747" bazasında hazırlanmış hər üç prezident təyyarəsini - iki köhnə "VC-25A" təyyarəsini və əvvəllər Qətər hakimiyyətinə məxsus olmuş ən yeni "VC-25B Bridge" təyyarəsini əməliyyata cəlb edib.

ABŞ liderinin səfəri noyabrın 16-da Vaşinqton yaxınlığındakı Endryus aviabazasından başlayıb. Manilada qısa aralıq enişindən sonra prezident təyyarəsi APEC sammitində iştirak etmək üçün Çinin Şençjen şəhərinə çatıb.

Ekspertlərin xüsusi diqqətini bölgədə “Qiyamət günü təyyarəsi”nin — hərbi məqsədlər üçün təchiz edilmiş "Boeing E-4B Nightwatch" təyyarəsinin olması cəlb edib. Tramp Çinə yola düşərkən bu uçan komanda məntəqəsi Nebraskadakı bazadan havaya qalxaraq Yaponiyanın Okinava adasına köçürülüb. Daha sonra həmin təyyarə prezident təyyarələrini geri dönüş zamanı müşayiət edib.

Analitiklərin qeyd etdiyi kimi, Ağ Ev rəhbərinin xarici səfərləri zamanı "E-4B" təyyarəsinin cəlb edilməsi standart təhlükəsizlik tədbiridir. Bu təyyarələr elektromaqnit impulsunun təsirindən qorunur, günlərlə havada qala bilir və fövqəladə vəziyyətlərdə və ya nüvə təhlükəsi zamanı ölkənin ali rəhbərliyi üçün strateji qərargah rolunu oynayır.

Noyabrın 19-da Şençjendə Vladimir Putin, Si Cinpin və Donald Trampın tarixdə ilk üçtərəfli görüşü keçirilərkən təhlükəsizliyin təmin olunması üçün genişmiqyaslı müşayiət təşkil edilib. Danışıqların yekununda üç dövlətin liderləri birgə bəyannamə imzalayıblar. Sənəddə BMT-nin islahatı, neft məhsullarının tədarükünün genişləndirilməsi, Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyətlərindən sui-istifadə hallarının yolverilməzliyi, eləcə də nüvə risklərinin azaldılması üzrə dialoqun davam etdirilməsi ilə bağlı razılaşmalar təsbit olunub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm