Hadisə
10 yaşlı uşaq qonşu qızı güllələdi - Günah anada olub
ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhərində 10 yaşlı oğlan 16 yaşlı qonşu qızını güllələyərək öldürüb.
Publika.az xəbər verir ki, “The New York Post”un məlumatına görə, hadisə yüksək səslə musiqi dinlənilməsi üstündə yaranan mübahisə zamanı baş verib. Oğlanın 40 yaşlı anası Elayna Qomes-Vilyeda qonşusu və onun qızı ilə dava edərkən oğlundan silah gətirməsini istəyib.
10 yaşlı uşaq tapança ilə 16 yaşlı Keynerleyn Plaza Rangelə iki dəfə atəş açıb. Güllələrdən biri qıza dəyib və o, həyatını itirib.
Hadisədən sonra polisə ananın özü məlumat verib. Qadına ikinci dərəcəli qətl ittihamı irəli sürülüb. Uşaq isə yaşına görə hələlik saxlanılmayıb. Onun barəsində mümkün ittiham məsələsinə daha sonra baxılacaq.
-
Nida Xəbər 15:28Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR
-
Sosial14:54Sabiq deputatın əmlakları milyonlarla manata satışa çıxarılır
-
İdman14:06Cazibədar basketbolçu soyundu: Ceyms Bondun sevgilisi olmaq istəyir - FOTO
-
Rəsmi xronika13:52Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - YENİLƏNDİ
-
Rəsmi xronika12:36Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
-
Nida Xəbər 11:21Media müsabiqələrində YENİLİK
-
Elm və təhsil10:40Rektor təyin olunan Məleykə Abbaszadədən ilk açıqlama: “Böyük vədlərlə başlamaq istəməzdim”
-
Yaxın Şərq10:28NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama
















.jpg)


.jpg)


.png)
















.png)

