Səhiyyə
Ağrı hissi ilə təşvişin qovuşduğu nahiyə - Beynmizdə nələr baş verir?
Alimlər beyində ağrı hissi ilə təşvişin qovuşduğu nahiyəni aşkar ediblər. Bu, beyin qabığının digər paylarının arxasında, dərinlikdə yerləşən insula və ya ada payıdır.
Publika.az xəbər verir ki, kəşfin nəticələri “Nature” elmi jurnalında dərc olunub.
Yeni araşdırmada Almaniyanın Düsseldorf şəhərindəki Henrix Heyne Universitetinin tədqiqatçıları ilk dəfə insulanın bir-biri ilə qarşılıqlı əlaqədə olan dörd ayrı nahiyədən ibarət olduğunu nümayiş etdiriblər.
Alimlər təxminən 15 il ərzində toplanmış, müalicəyə çətin tabe olan epilepsiyadan əziyyət çəkən 87 pasiyentin məlumatlarından istifadə ediblər. Diaqnostika çərçivəsində tutmaların dəqiq mənbəyini müəyyənləşdirmək üçün xəstələrin beyninə müvəqqəti olaraq elektrodlar yerləşdirilib. Pasiyentlərin razılığı ilə bu, tədqiqatçılara insulanı birbaşa stimullaşdırmaq, onun aktivliyini və beynin digər nahiyələri ilə əlaqələrini ölçmək üçün nadir imkan yaradıb.
Bu üsul tədqiqatçılara insulanın dörd ayrı nahiyəsini müəyyənləşdirməyə və insan insulasının funksional atlasını hazırlamağa imkan verib.
Ağrı və temperatur hissləri əsasən arxa-yuxarı (dorsal) nahiyədə formalaşır. Burada hisslər bədən üzvlərinə uyğun şəkildə təşkil olunur: məsələn, ayaqlarla bağlı hisslər bu zonanın ən arxa hissəsində, daha sonra qollar və əllər, ön tərəfdə isə ağız boşluğu ilə bağlı hisslər yaranır. Aşağı (ventral) nahiyə eyni vaxtda bədənin bir neçə hissəsini əhatə edən yayılmış hissləri ötürür. Ön-orta nahiyənin stimullaşdırılması əsasən daxili orqanlarla bağlı hisslərə, məsələn, döş qəfəsində və ya qarında yaranan duyğulara, eləcə də təşviş hissinə səbəb olub.
İnsulanın ən ön hissəsi — qütb xüsusi rol oynayır. Onun stimullaşdırılması demək olar ki, heç bir hiss yaratmasa da, beyin hansı stimullara diqqət yetirəcəyinə qərar verərkən bu nahiyə aktivləşir. O, həmçinin düşünmə və planlaşdırmaya cavabdeh olan alın payı ilə sıx əlaqədədir və insulanın digər nahiyələrinə onların ona göstərdiyi təsirdən daha güclü təsir göstərir.
Araşdırmaya rəhbərlik edən doktor Culiana Kvabs qeyd edib: “Nəticələrimiz göstərir ki, insula bədəndən gələn siqnalları ötürən sadəcə bir vasitə deyil. Görünür, o, ağrını və öz bədənimizi necə hiss etdiyimizi fəal şəkildə formalaşdırır”.
Onun həmkarı doktor Svenya Kaspersin sözlərinə görə, bu nəticələr emosiyaların və gözləntilərin ağrı və digər fiziki hisslərin qavranılmasını dəyişdirə biləcəyi mümkün neyron mexanizmə işarə edir.
Hüseyn İbadlı
-
Nida Xəbər 21:50Holdinq rəhbəri 445 minlik mənimsəyə görə Azərbaycana gətirildi
-
Art20:48Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - FOTO
-
Dünya20:36Qız həqiqəti gizlətdiyi üçün toy ləğv edildi - Kosmik tədqiqatlar üzrə alimi necə aldadıblar?
-
Elm və təhsil20:00Nazir Məleykə Abbaszadəni BDU-nun kollektivinə təqdim etdi - FOTO
-
Rəsmi xronika16:08Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır - İlham Əliyev
-
Nida Xəbər 15:12Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı? - FOTO
-
Rəsmi xronika13:56İlham Əliyev Vyetnama gedəcək
-
Magazin112:30Alim Qasımov “GTA 6”dan qonorar alıb? - DETALLAR AÇIQLANDI























.jpg)













.png)