Hadisə
Cəlilabadda ağır yol qəzası, yaralılar var - FOTOLAR/VİDEO
Cəlilabad rayonunda ağır yol hadisəsi baş verib.
ANS PRESS-in məlumatına görə, səhər saat 6 radələrində Cəlilabad rayonunun Alar kəndi ərazisində Alar kənd sakini Bahəddin Salayevin idarə etdiyi "Vaz 21 06" markalı avtomobillə, Qazax rayon sakini İlqar Cəfərovun idarə etdiyi "Ford Tranzit" markalı kiçik həcmli yük avtomobili toqquşub.
Zərbənin təsirindən "Ford" markalı avtomobil bir neçə dövrə vuraraq yol kənarına düşüb. Hadisə zamanı ölüm faktı qeydə alınmasa da, qəza nəticəsində "VAZ 21 06" markalı avtomobilin sürücüsü Bahəddin Salayev ağır yaralanıb.
O, ağır xəsarətlərlə hadisə yerinə gələn təcili yardım avtomobili vasitəsilə Biləsuvar rayon xəstəxanasına aparılıb. Onun sərnişini olan qardaşı Şamxal Salayev və "Ford"un sürücüsü İlqar Cəfərov isə nisbətən yüngül xəsarət aldıqları üçün, onlara yerindəcə ilkin yardım göstərilib.
Hadisə şahidlərinin və "Ford" markalı kiçik həcmli yük avtomobilinin sürücüsünün dediyinə görə, qəzaya səbəb kolonla hərəkət edən stullarla yüklü avtomobillərin önündə gedən "VAZ 21 06" ötmə əməliyyatını həyata keçirərkən qarşı yola çıxıb və idarəetməni itirib.
-
Hadisə18:12Maşından son anda qaçmasaydı, faciə yaşanacaqdı - ANBAAN VİDEO
-
İqtisadi gündəm17:00Keçmiş prorektor Türkanda 3 milyon manatlıq şirkət yaratdı
-
Nida Xəbər 16:03Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm
-
Nida Xəbər 15:50Kadırov Bakı-Qroznı reysinin qəzasında həlak olanlarla bağlı İlham Əliyevə başsağlığı verdi
-
Enerji15:39Dizel yanacağı ucuzlaşacaq
-
Region15:29Erməni əsgərin güllələnmiş meyiti tapıldı
-
İdman12:02Arda Turanın təyinatı ilə bağlı paylaşımı sildi
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə


























.jpg)








.jpg)



