Hadisə
6 ayda 14251 cinayət - HESABAT
“Bu ilin altı ayında Azərbaycanda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 14 251 cinayət qeydə alınıb. Onların 94,2 faizi və ya 13.429-u daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub”.
Publika.az xəbər verir ki, bunu daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov qurumun geniş Kollegiya iclasında məruzəsində deyib.
Onun sözlərinə görə, bu cinayətlərin 85,2 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib: “Şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürmələr 5,2 faiz, zorlamalar 16,7 faiz, avtonəqliyyatın qaçırılması 13 faiz, xuliqanlıqlar 6,4 faiz, yol-nəqliyyat hadisələri 13,4 faiz, qəzalarda həlak olanların sayı 25,3 faiz, xəsarət alanların sayı 13,2 faiz azalıb”.
Nazir müavini qeyd edib ki, cinayətlərin açılması yaxşılaşaraq 84,4 faiz təşkil edib: “Ağır və xüsusilə ağır cinayətlərin açılması 0,5 faiz, şəxsiyyət əleyhinə olan cinayətlərin açılması 1,2 faiz, qəsdən adam öldürməyə cəhdlərin açılması 2,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurmaların açılması 1,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 2,6 faiz, xuliqanlıqların açılması 2,4 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 205, əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində “isti izlərlə” isə 581 və ya müqayisə edilən dövrə nisbətdə 24,4 faiz çox cinayət açılıb”.
O qeyd edib ki, bu il əsas diqqət qeyri-leqal dövriyyədən daha böyük çəkidə narkotik vasitələrin çıxarılmasına yönəlib: "Nəticədə narkotiklərlə əlaqədar müəyyən edilmiş 1675, o cümlədən onların satışı ilə bağlı 429 fakt üzrə ötən ilin 6 ayı ilə müqayisədə 177 kiloqram çox, bütövlükdə 609 kiloqram narkotik vasitə götürülüb.
Həyata keçirilən əməliyyat və profilaktik tədbirlərlə 75 nəfərdən ibarət 31 cinayətkar qrup zərərsizləşdirilib, 62,8 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 102 tona yaxın olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilib".
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı















.jpg)



















.jpg)




