Hadisə
Bakıda zəncirvari qəza - FOTOLAR
Paytaxtın Yasamal rayonunda zəncirvari yol qəzası baş verib.
Publika.az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Şərifzadə küçəsində qeydə alınıb. Belə ki, adıçəkilən küçə ilə hərəkətdə olan "BMW" markalı avtomobilin sürücüsü Zeynal Məmmədov işıqforun qırmızı işığında dayanan İsmayıl İsmayılova məxsus "Hyundai" markalı avtomobilə arxadan çırpılıb.
Qəza bununla da bitməyib. Zərbənin təsiri nəticəsində "Hyundai" qarşıda dayanan Cavid Əliyevin idarə etdiyi 39 saylı marşrut avtobusuna dəyib. Hadisə yerinə dərhal Yasamal Rayon DYP-nin əməkdaşları gələrək qəza ilə bağlı ilkin araşdırma aparıblar.
İlkin ehtimala görə, hadisəyə "BMW" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəb olub. Qəza zamanı avtomobillər yararsız hala düşsə də, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma davam etdirilir.
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO













.webp)












.jpg)










.jpg)

.jpg)