Hadisə
Qobustanda dəhşətli qəza: Bir ailənin üzvləri həlak oldu (YENİLƏNİB)
Bakı-Şamaxı yolunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
Publika.az APA-ya istinadən xəbər verir ki, magistral yolun 95-ci kilometrliyində, Qobustan rayonu ərazisində BMW və “KamAZ” markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alan şəxslər yaxın qohumdurlar. İlkin məlumata görə, hadisə zamanı Balakən rayon sakini, sürücü 1983-cü il təvəllüdlü Quliyev Hacı Cahangir oğlunun idarə etdiyi avtomobildə olan Həsənov Müşfiq Mehman oğlu, sürücünün xalaları - Rzayeva Sevil Abbas qızı, Rzayeva Asimə Abbas qızı hadisə yerində ölüblər. Sürücünü özü və bacısı, 1985-ci il təvəllüdlü Quliyeva Ülkər Cahangir qızı isə ağır bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
***
12:11
Bakı-Şamaxı yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az bildirir ki, hadisə bu gün saat 11:30 radələrində Qobustan rayonu ərazisində qeydə alınıb. 01-BO-203 dövlət nömrə-nişanlı “KamAZ” markalı yük avtomobili ilə 90-HR-095 dövlət nömrə-nişanlı "BMW" markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bir nəfər isə xəsarət alaraq Qobustan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO













.webp)












.jpg)










.jpg)

.jpg)