Hadisə
“Eşşək arısı” qonağı xəstəxanalıq etdi - FOTO/VİDEO
Lənkərana qonaq gələn Cəlilabad sakinini arı xəstəxanalıq etdi.
Publika.az CTV-yə (Region TV) istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında Lənkəranın Səpnəkəran kəndində qeydə alınıb.
Cəlilabad rayon, Qarazəncir kənd sakini 25 yaşlı Kamil Həsənov qonaq gəldiyi qohumlarının həyətyanı sahəsində gəzişərkən qəfildən arı onu sancıb. Sancmadan sonra huşunu itirən gəncə yaxınları tərəfindən ilkin yardım olunub.
Daha sonra Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət olunub. Hadisə yerinə həkim briqadası gələrək ona allergiya və şok əleyhinə iynələr vurulub. Göstərilən yardımdan sonra özünə gələn K.Həsənovun vəziyyəti yenidən pisləşdiyindən tibb işçiləri onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdıraraq, reanimasiya şöbəsinə yerləşdiriblər.
Bədəninin ayrı-ayrı yerlərində səpmələr əmələ gələn zərərçəkmiş müayinə edilib. Məlum olub ki, onu bal arısı deyil, el arasında "eşşək arısı" deyilən arı növü sancıb. Hazırda xəstənin vəziyyəti orta-ağırdır.
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO













.webp)












.jpg)










.jpg)

.jpg)