Hadisə
Cəlilabadda ağır yol qəzası: 2 ölü, 2 yaralı - FOTO
Cəlilabadda 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Dövlətalıbəyli kəndində qeydə alınıb.
Belə ki, rayonun Tahirli kənd sakini Telman Ağayev idarə etdiyi "Lada Kalina" markalı avtomobillə hərəkətdə olarkən Kövüzbulaq kənd sakini Həbulla İbrahimovun idarə etdiyi “Vaz-2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü hadisə yerindəcə dünyasını dəyişb.
Sərnişinlər Xatirə İbrahimova, onun azyaşlı övladı Feyruz İbrahimov isə müxtəlif dərəcəli bədən xasarətləri alıb. Yaralılar dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb. Yaralıların vəziyyəti ağır olduğundan xəstəxanada ilk yardım göstərildikdən sonra onlar Bakıya gətirilib.
Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal edilir.
Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Avropa10:33“Merts xaosu” – Rusiyadan Almaniyadakı iğtişaşlara reaksiya
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
















.jpg)


















.jpg)

.jpg)