Hadisə
11 körpə öldü
Venesuelanın şimal-şərqindəki xəstəxanada infeksiyadan 11 körpə ölüb.
Bu barədə "Globovision" telekanalına körpələrin anaları və qohumları məlumat veriblər.
Məlumata görə, hadisə son 3 gün ərzində Monaqas ştatının Maturin şəhərində Manuel Nunes Tovarın adını daşıyan xəstəxananın reanimasiya şöbəsində baş verib.
Körpələrin anaları və qohumları hesab edir ki, azyaşlıların ölümünə səbəb bakterial infeksiya olub.
Lakin bu şöbədə çalışan həkimlər və tibb bacıları hadisəni heç cür şərh etmir.
Səhiyyə Nazirliyinin Regional departamentinin rəhbəri başçısı Ayrora Navas bildirib ki, indiyədək körpələrin öldüyü şöbədə bakteriyaların mövcudluğu barədə məlumatlara malik deyil. Bununla belə, o, müvafiq yoxlamalar barədə göstəriş verib.
Navas da etiraf edib ki, bölmənin işində nöqsanlar var. Lakin hazırda çatışmazlıqlar aradan qaldırılır. Həmçinin tibbi aparatlar təmir edilir. admiral.az
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Avropa10:33“Merts xaosu” – Rusiyadan Almaniyadakı iğtişaşlara reaksiya
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
















.jpg)


















.jpg)

.jpg)