Hadisə
Lənkəranda 17 yaşlı oğlanı maşın vurub
Lənkəranda piyadanı maşın vurub.APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Lənkəran-Boradigah şosesinin rayonun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Həmin kənd sakini, 17 yaşlı İlqar Əlizamin oğlu Yusifzadə yolu keçmək istəyərkən rayonun İstisu qəsəbə sakini, 39 yaşlı Zamir Balaxan oğlu Abbasovun idarə etdiyi “VAZ-2107” markalı, 42 BU 418 dövlət nömrə nişanlı minik avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkmiş sürücü tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada İ. Yusifzadəyə zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti stabil qiymətləndirilir.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
-
Hadisə22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir





































.jpg)
.jpg)
