Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
Bizi izləyin

Yaxın Şərq

Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!

Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!

İranın Ali Lideri, Silahlı Qüvvələrinin Ali Baş Komandanı ayətullah Müctəba Xameneinin ofisi diqqət çəkən açıqlama yayıb.

Publika.az xəbər verir ki, açıqlamaya görə, müharibənin bitməsinin vaxtı və şərtləri İran Silahlı Qüvvələri, İran xalqı tərəfindən müəyyən ediləcək.

Bəyanatda deyilir: "Düşmən yenidən hərbi və ya terror hücumlarına başlayarsa, bunun bitməsinin vaxtını və şərtlərini İslam Respublikasının silahlı qüvvələri və İran xalqı müəyyən edəcək".

Bundan əlavə, ali baş komandan hədəflər siyahısının yenilənməsini əmr edib. Yenilənmiş siyahı ABŞ və İsrailin müxtəlif maddi və qeyri-maddi aktivlərini İran Silahlı Qüvvələrinin əlçatanlıq zonasında saxlamalıdır.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm