Hadisə
20 tona yaxın çətənə kolu məhv edilib
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası istiqamətində respublikanın hüquq mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən zəruri tədbirlər cari ilin ötən dövründə də uğurla davam etdirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, iyulun 21-22-də respublikanın şimal-qərb bölgəsindəki meşə massivlərində DİN-in aidiyyəti qurumlarının əməkdaşlarının, həmçinin Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların hərbi qulluqçularının iştirakı ilə “Xaş-Xaş 2016” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.
Xüsusi təyinatlı nəqliyyat vasitələrinin və helikopterlərin də cəlb olunduğu əməliyyatlar nəticəsində meşə zolaqlarında narkotik tərkibli bitkilərin xüsusi aqrotexniki qaydada - kultivasiya yolu ilə yetişdirilməsinə dair 22 fakt müəyyən olunub. Həmin faktlar üzrə ümumi çəkisi 1 ton 450 kiloqram olan 4187 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.
Toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işləri başlanılaraq zəruri əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.
Xüsusi əməliyyat və profilaktik tədbirlərin davamı olaraq həmin ərazidə 17 hektar sahədə yabanı halda bitmiş, ümumi çəkisi 18 ton 510 kiloqram olan 11 min 973 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı analoji tədbirlər davam etdirilir.
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə9 Oktyabr 18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika9 Oktyabr 15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 9 Oktyabr 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya9 Oktyabr 14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır



































.jpg)


