Hadisə
DİN-in xüsusi təyinatlı qüvvələri əməliyyat keçirdi: Cinayətkar dəstə zərəsizləşdirildi
Respublikanın daxili işlər orqanları mütəşəkkil cinayətkarlığa, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Mingəçevir və Şirvan şəhərlərində xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb edilməklə Baş
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və adları çəkilən
şəhərlərin Polis Şöbələrinin əməkdaşları tərəfindən qanunsuz olaraq
odlu silah-sursat saxlayan, narkotik vasitələrin külli miqdarda
alqı-satqısı ilə məşğul olan, 4-ü əvvələr Cinayət Məcəlləsinin
müxtəlif maddələri ilə məhkum olunmuş 6 nəfərdən ibarət cinayətkar
dəstənin üzvləri saxlanılıb.
Baxış zamanı onlardan 2 avtomat, 1 tapança, 7 əl qumbarası, 800
qram partlayıcı maddə, 65 ədəd müxtəlif çaplı patron və digər
silah-sursat, eyni zamanda, 6,5 kiloqrama yaxın narkotik vasitə
olan tiryək və heroin götürülüb.
Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi
başlanılıb, istintaq aparılır.
Saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının müəyyənləşdirilməsi və başqa cinayətkar əlaqələrinin ifşası üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
MDB12:19Hamının "zəifləyib" dediyi Rusiya ordusunda yeni növ birləşmələr yaradıldı
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ





































