Hadisə
Azərbaycana su qabında narkotik keçirənlər tutuldu
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşları Qədirov Şirxan Balamir oğlu və Paşayev Zaur Böyükağa oğlunun hərəkətləri gömrük əməkdaşlarında şübhə doğurduğundan saxlanılaraq onlarla şifahi sorğu-sual aparılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əvvəlcə Qədirov Şirxan Balamir oğluna məxsus 1 ədəd sellofan torbaya baxış keçirilib. Baxış zamanı sellofan torbada üzərində “Zam Zam Natural Mineral Water” sözləri yazılmış 2 ədəd plastik qabın birindən 500 ml, digərində isə 90 ml olmaqla ümumilikdə 590 ml, təsiredici maddəsinin miqdarı isə 0,6 qram olan metadon məhlulu aşkar olunub.
Daha sonra Qədirov Şirxan Balamir oğlunun üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı ona məxsus mobil telefonun içərisindən gömrük nəzarətindən gizlədilən, 2 ədəd bükümdə ümumi xalis çəkisi 0,373 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Paşayev Zaur Böyükağa oğlunun üzərində aparılan şəxsi yoxlama zamanı isə onun corabından gömrük nəzarətindən gizlədilən, 1 ədəd bükümdə xalis çəkisi 0,132 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Faktla bağlı DGK-nin İstintaq İdarəsində araşdırma aparılır.
Gülnar
-
Hadisə18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq
-
Nida Xəbər 10:30Zakir Həsənov Hərbi Polisin ön əməliyyat bazasında - VİDEO/FOTO



















.jpg)

















.jpg)


