İdman
Avropa Liqası: “Qəbələ” və “İnter” pley-offa doğru

Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsində cavab oyunları keçiriləcək.
Publika.az xəbər verir ki, Azərbaycanı qitənin ikinci dərəcəli klub turnirində iki komanda təmsil edir. “İnter”in İspaniya “Atletik”i, “Qəbələ”nin Kipr “Apollon”u ilə qarşılaşacağı gündə qalib gələnlər pley-offa yüksələcək.
Paytaxt təmsilçisi səfərdəki 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Çətin görünsə də, sensasiya həmişə mümkündür.
Əyalət təmsilçisi isə səfərdəki heç-heçədən (1:1) sonra daha şanslı hesab edildiyi cütdə qalib gəlməyə çalışacaq. Qeyd etmək lazımdır ki, UEFA "Apollon"un Cavid Hüseynov haqda irəli sürdüyü iddiaları əsassız sayaraq futbolçuya heç bir cəza tətbiq etməyib və "Qəbələ"nin kapitanı baş məşqçinin istəyi daxilində bu gün də meydana daxil ola biləcək.
Mərhələni məğlub bitirən 29 komanda üçün mövsüm başa çatacaq. Bu yarışda qonşu Türkiyənin də iki komandası – “Trabsonspor”la “Başakşəhər” mübarizə aparır.
Avropa Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunları
6 avqust
21:00 Qəbələ (Azərbaycan) - Apollon (Kipr) (İlk oyun - 1:1)
Hakimlər: Duarte Nunu Pereyra Qomes, Luiş Andre Ferreyra Pintu Kampuş, Venansio Manuel Raposo Batista Tome (Portuqaliya)
Dördüncü hakim: Bruno Miguel Duarte Paixao (Portuqaliya).
UEFA nümayəndəsi: Vladislav Kodev (Rusiya).
Hakim-inspektor: Fraqutin Karlo Polyak (Xorvatiya).
Bakı. "Bakcell Arena"
21:00 İnter (Bakı, Azərbaycan) - Atletik (Bilbao, İspaniya) (2:0)
Hakimlər: Sərdar Gözübüyük, Bas van Dongen, Patrik Lanqkamp (Hollandiya)
Dördüncü hakim: Dennis Higler (Hollandiya).
UEFA nümayəndəsi: George Fantaros (Kipr).
Hakim-inspektor: Kostadin Gerginov (Bolqarıstan)
Bakı. "İnter Arena"
21:00 Rubin (Rusiya) - Şturm (Avstriya) (3:2)
21:00 Omoniya (Kipr) - Brondbü (Danimarka) (0:0)
22:00 Hapoel (Kiryat-Şmona, İsrail) - Liberets (Çexiya) (1:2)
22:00 Odd (Norveç) - Elfsborq (İsveç) (1:2)
22:00 Trabzonspor (Türkiyə) - Rabotniçki (Makedoniya) (0:1)
22:00 Höteborq (İsveç) – Belenenseş (Portuqaliya) (1:2)
22:00 Stromsqodset (Norveç) – Hayduk (Xorvatiya) (0:2)
22:00 Başakşəhər (Türkiyə) - Alkmaar (Hollandiya) (0:2)
22:00 Vorskla (Ukrayna) - Jilina (Slovakiya) (0:2)
22:00 Rusenborq (Norveç) - Debretsen (Macarıstan) (3:2)
22:15 Dinamo (Minsk, Belarus) - Sürix (İsveçrə) (1:0)
22:30 Vaduts (Lixtenşteyn) - Tyun (İsveçrə) (0:0)
22:30 AEK (Kipr) - Bordo (Fransa) (0:3)
22:45 Kopenhagen (Danimarka) - Yablonets (Çexiya) (1:0)
23:00 Sent-Etyen (Fransa) - Tarqu Mureş (Rumıniya) (3:0)
23:00 Zarya (Ukrayna) - Şarlerua (Belçika) (2:0)
23:00 Vitess (Hollandiya) – Sauthempton (İngiltərə) (0:3)
23:00 Atromitos (Yunanıstan) - AİK (İsveç) (3:1)
23:00 Jelezniçar (Bosniya və Herseqovina) - Standard (Belçika) (1:2)
23:00 Astra (Rumıniya) - Vest Hem (İngiltərə) (2:2)
23:05 Spartak (Trnava, Slovakiya) - PAOK (Yunanıstan) (0:1)
23:15 Slovan (Slovakiya) - Krasnodar (Rusiya) (0:2)
23:30 Borussiya (Dortmund, Almaniya) – Volfsberger (Avstriya) (1:0)
23:45 Aberdin (Şotlandiya) - Kayrat (Qazaxıstan) (1:2)
00:00 Voyvodina (Serbiya) – Sampdoriya (İtaliya) (4:0)
00:00 Legiya (Polşa) - Kukesi (Albaniya) (3:0)*
01:15 Vitoriya (Portuqaliya) - Altax (Avstriya) (1:2)
* - “Legiya”ya texniki qələbə verilib.

-
Avropa17:24
Tramp Zelenskini nəyə məcbur edir? - Qapalı görüşün sensasion detalları
-
Dünya16:42
Rusiya və ABŞ bu məsələdə razılaşdı - TƏCİLİ
-
Magazin116:36
Tolik Röyadan yazdı: “Çuşka yığını...” - VİDEO
-
İKT16:18
Fırıldaqçıların tələsinə düşməmək üçün telefondan bu proqramları silin!
-
Rəsmi xronika16:01
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış oldu - YENİLƏNDİ
-
Nida Xəbər 15:36
Akif Qurbanov “Toplum TV”nin fəaliyyətinə birbaşa rəhbərlik edib
-
Dünya14:36
"Uşaq masası": Ukrayna danışıqlarında Avropanın yeri - Almaniyadan ŞƏRH
-
İdman12:26
DÇ-2022-nin ən seksual azarkeşi indi də bu şəhəri fəth edir - FOTOLAR