İdman
Tale Heydərovdan qələbə açıqlaması: “Şişirdilib”
Çox gözəl oyun oldu. İlk dəfədir ki, bu mərhələyə qədər irəliləmişik. Buna inanmırdıq. Ancaq bacardıq. Hamımız sevincliyik.
Axar.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin prezidenti Tale Heydərov “Apollon”a qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Klub prezidenti hədəflərinin qrup mərhələsinə vəsiqə qazanmaq olduğunu bildirib:
“Pley-off mərhələsini keçmək bundan da çətin olacaq. Lakin biz qarşımıza məqsəd qoymuşuq ki, qrup mərhələsinə vəsiqə qazanaq. Bunun üçün hər kəs əlindən gələni edəcək. Ola bilər ki, daha bir transfer etdik. Bununla bağlı söhbətlər gedir. Pley-off mərhələsinin oyununu daha böyük stadionda keçirməyimiz mümkündür. Gördüyünüz kimi, azarkeşler komandamızı yaxşı dəstəkləyirlər. Futbolçulara veriləcək mükafata gəlincə, onu deyim ki, mətbuatda gedən rəqəmlər həqiqətə uyğun deyildi, həddən artıq şişirdilib. Amma futbolçları həvəsləndirmək üçün hər dəfə mərhələ keçəndə onlara pul mükafatı veririk”.
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat