İdman
Karateçilər beynəlxalq turnirə yollandı
Müxtəlif yaş qruplarından olan milli komandaların 11 üzvü İsveçrədə 6-cı "Bazel Open Masters " beynəlxalq karate turnirində iştirak edirlər.
Noyabrın əvvəlində İndoneziyada yeniyetmə və gənclərin dünya çempionatına hazırlaşan 14-15 yaşlı yeniyetmələrdən Hümmət Baxşəliyev (-52 kq) və Renata Ərəbli (-54 kq), həmçinin 16-17 yaşlı gənclərdən Elcan Məmmədrzayev (-61 kq), Elman Babayev (-76 kq), Fəridə Əliyeva ((+59 kq), eləcə də 18-21 yaşlı gənclərdən Şahin Quluzadə (-67 kq), Vüsal Kamallı (-75 kq) və Fəridə Abiyeva (-61 kq) bir daha sınaqdan keçiriləcək.
Publika.az xəbər verir ki, gənclərdən ibarət seçmə komandanın böyük məşqçisi, əməkdar məşqçi Şahin Xudaverdiyev səhhəti ilə əlaqədar turnirə yollanmadığından, idmançıların çıxışlarını yeniyetmələrin böyük məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyev izləyəcək.
Turnirdə böyüklərdən Avropa Oyunlarının qalibi Ayxan Mamayev (-84 kq), Asiman Qurbanlı və Əli Cəfərov (+84 kq) da iştirak edəcək.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə yarışa yollananlar arasında beynəlxalq dərəcəli hakimlər Cahangir Babayevlə Vüqar Kərimov da var. İsveçrəyə yollanan heyət ayın 14-də Bakıya dönəcək.
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq