İdman
Çempionlar bəlli oldu
AİBA Pro Boxing (APB) turnirində dünya çempionu kəməri uğrunda döyüşlər keçirilib. Bu dəfə birinci mövsümün qalibləri ikinci çempionatda ən yaxşı nəticə göstərmiş boksçularla üz-üzə gəlib.
Publika.az xəbər verir ki, 69 kq çəki dərəcəsində həlledici döyüşlər Türkiyənin Ərzurum şəhərində keçirilib. Bakıda keçirilən yarışda bütün rəqiblərinə qalib gələn Onur Sipal London Olimpiadasının bürünc mükafatçısı Andrey Zamkovoyla qarşılaşıb. 4-cü raundda zədələnən rusiyalı boksçu döyüşü sonadək davam etdirə bilməyib. Və Onur Sipal APB dünya çempionu kəmərinə sahib olub.
60 kq çəki dərəcəsində kəmər uğrunda görüşə Özbəkistanın paytaxtı Daşkənd ev sahibliyi edib. Yerli boksçu Xurşid Tocibayev qazaxıstanlı Berik Abdurahmanovla qarşılaşıb. Vaxtilə “Baku Fires”in heyətində çıxış edən Tocibayev yanvarda uduzduğu rəqibindən revanş ala bilib. 12 raunddan sonra hakimlər özbəkistanlı boksçunu qalib elan ediblər.
91 kq çəki dərəcəsində rusiyalı Aleksey Yeqorov APB kəmərinə yiyələnib. Moskvada keçirilən görüşdə onun rəqibi italiyalı Klemente Russo olub. 2008 və 2012-ci illərin Olimpiya oyunlarının mükafatçısı 5-ci raunddan sonra zədələndiyini əsas gətirərək, döyüşü davam etdirməkdən imtina edib. Buna qədər iki dəfə Russodan üstün olan Yeqorov 3-cü qarşılaşmada da qalib elan olunub.
Qeyd edək ki, APB kəməri uğrunda döyüşlərə Azərbaycan boksçularından Cavid Çələbiyev (60 kq), Fariz Məmmədov (69 kq) və Məhəmmədrəsul Məcidov (91 kq) da qatılıb. Amma onlar erkən mərhələlərdə uğursuzluqla üzləşib, yarışı məğlub tərk edib.
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO